ABŞ Ukraynada cinayətkarlıqla mübarizə üçün dronlara 39,9 milyon dollar ayırıb
ABŞ Dövlət Departamenti Ukraynada cinayətkarlıqla mübarizə məqsədilə pilotsuz uçuş aparatlarının alınmasına 39,9 milyon dollar ayırıb.
Operativ Media xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Məlumata əsasən, Dövlət Departamentinin Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Hüquq Mühafizə Bürosu fevral ayında Ukraynanın “Stream Techno” şirkəti ilə dronlar və onların yerüstü idarəetmə stansiyalarının alınması üçün iki müqavilə bağlayıb.
Həmin müqavilələr üzrə ilkin olaraq təxminən 32 milyon dollar ayrılsa da, avqust ayında vəsaitin ümumi həcmi 39,9 milyon dollara çatdırılıb.
Qeyd edək ki, büro narkotik qaçaqmalçılığı, transmilli mütəşəkkil cinayətkarlıq və digər cinayət təhdidlərinə qarşı mübarizə aparmaq məqsədilə xarici hökumətlər və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
dəqiqələr içində saytın olsun.