Menyu

Pakistanda xəstəxanada yanğın zamanı 15 körpə həyatını itirib

Nicat Hüseynli
Pakistanda xəstəxanada yanğın zamanı 15 körpə həyatını itirib
1 dəq oxu

Pakistanın paytaxtı İslamabaddakı xəstəxananın doğum şöbəsində baş verən yanğın nəticəsində 15 yeni doğulmuş körpə həyatını itirib.

Operativ Media xəbər verir ki, bu barədə “Geo TV” məlumat yayıb.

Məlumata görə, yanğın Tibb Elmləri İnstitutunun doğum şöbəsində soyuducu kompressorun partlaması nəticəsində başlayıb.

Hadisə zamanı şöbədə olan 16 körpədən yalnız biri xilas edilib. Yanğın söndürülüb, ərazidə soyutma işləri aparılır.

Xilasetmə əməliyyatına 6 yanğınsöndürən maşın və 4 təcili tibbi yardım avtomobili cəlb olunub.

Əlaqəli Xəbərlər