Tokayev 16 yaşdan kiçiklər üçün sosial media qadağasını təklif edəcək
Nicat Hüseynli
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev 16 yaşdan kiçik şəxslərin sosial mediada qeydiyyatdan keçməsinin qadağan olunmasını təklif edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Qasım-Jomart Tokayev bu təklifi yeni təsis edilmiş Qazaxıstan parlamenti Qurultaya təqdim edəcəyini bildirib.
Dövlət başçısı müasir rəqəmsal alətlərin və aqressiv marketinqin gənc nəslin düşüncəsinə təsir etdiyini vurğulayıb.
O, qeyd edib ki, gənc nəslin psixoloji rifahı, emosional dözümlülüyü və mənəvi tərbiyəsi milli təhlükəsizlik və ölkənin dayanıqlı inkişafı üçün mühüm amillərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net