Menyu

Azərbaycan XİN 15 körpənin öldüyü yanğınla bağlı Pakistana başsağlığı verib

Operativ Media
Azərbaycan XİN 15 körpənin öldüyü yanğınla bağlı Pakistana başsağlığı verib
1 dəq oxu

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 15 körpənin öldüyü yanğınla bağlı Pakistana başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib.

"İslamabaddakı Pakistan Tibb Elmləri İnstitutunda (PIMS) baş verən və yeni doğulmuş körpələrin həyatını itirməsi ilə nəticələnən faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Bu ağır kədərli anda qardaş Pakistan hökuməti və xalqı ilə həmrəyliyimizi ifadə edirik", - deyə məlumatda bildirilib.

Əlaqəli Xəbərlər