Menyu

Meta uşaqlara zərər iddiası üzrə 17 milyard dollar ödəmə edəcək

Operativ Media
Meta uşaqlara zərər iddiası üzrə 17 milyard dollar ödəmə edəcək
1 dəq oxu

“Meta” uşaqlar üçün sosial şəbəkələrin zərəri ilə bağlı iddianın tənzimlənməsi çərçivəsində 17 milyard dollara qədər vəsait ödəyəcək, həmçinin “Instagram” və “Facebook”un fəaliyyət qaydalarında dəyişikliklər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Kaliforniya ştatının prokurorluğu məlumat yayıb.

Razılaşmaya əsasən, şirkət 18 yaşdan kiçik istifadəçilər üçün gündəlik iki saatlıq istifadə limiti tətbiq etməyi öhdəsinə götürüb.

Bundan başqa, valideynlərin icazəsi olmadan gecə saat 00:00-dan 06:00-dək tətbiqlərdən istifadə məhdudlaşdırılacaq. Gecə saatlarında və məktəbdə dərs vaxtı isə bildirişlər deaktiv ediləcək.

Qeyd edək ki, “Meta” Rusiyada ekstremist təşkilat kimi tanınıb və fəaliyyəti qadağan edilib.

Əlaqəli Xəbərlər