Fidan: YPG-nin ləğvi kürd-ərəb qardaşlığını gücləndirəcək
Operativ Media
YPG-nin ləğv edilməsi Suriyada kürd-ərəb qardaşlığının möhkəmlənməsinə xidmət edəcək.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Fidanın sözlərinə görə, Türkiyənin əsas məqsədi silahlı birləşmələrin həqiqətən buraxılıb-buraxılmadığını yerində yoxlamaqdır.
O, açıqlanan məlumatların reallığı əks etdirməsi halında bu addımı müsbət qiymətləndirib.
Nazir vurğulayıb ki, Suriyada kürdlərin kimliyi qorunmalı, eyni zamanda ölkənin milli birliyi, suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir.
Fidan bildirib ki, YPG-nin fəaliyyəti yalnız Suriyaya deyil, Türkiyəyə də qarşı olub.
Onun sözlərinə görə, yeni proses çərçivəsində mövcud problemlərin qarşılıqlı anlaşma, dialoq və sülh yolu ilə həllinə çalışılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net