Çin ABŞ-ni kibertəhlükəsizlikdən təzyiq aləti kimi istifadə etməkdə ittiham edib
Çin hökuməti kibertəhlükəsizlik sahəsində qətiyyətli addımlar atır və ABŞ-nin bu məsələdən Çin şirkətlərinə qarşı təzyiq aləti kimi istifadə etdiyini bildirir.
Operativ Media xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Çan Amerika hakimiyyətinin ölkənin dövlət strukturlarına, o cümlədən NASA, Federal Ehtiyatlar Sistemi, Energetika Nazirliyi və digər qurumlara Çin tərəfindən iddia edilən kiberhücumlar barədə açıqlamasını şərh edərkən bu cür bəyanatların əsassız olduğunu qeyd edib.
Diplomat rəsmi Pekinin həmişə informasiya təhlükəsizliyinin qorunmasının tərəfdarı olduğunu, hər cür rəqəmsal hücumların qanun çərçivəsində qətiyyətlə pisləndiyini və qarşısının alındığını vurğulayıb. O, Vaşinqton administrasiyasını kibertəhlükəsizlik bəhanəsi ilə Çinə qarşı qarayaxma kampaniyalarından əl çəkməyə çağırıb.
Səfirlik rəsmisi həmçinin ABŞ-nin milli təhlükəsizlik anlayışını süni şəkildə genişləndirdiyini və bunun vasitəsilə Çin müəssisələrinə qarşı ayrı-seçkilik xarakterli məhdudiyyətlər tətbiq etdiyini diqqətə çatdıraraq, ölkəsinin yerli şirkətlərin qanuni hüquq və maraqlarını qorumaqda qərarlı olduğunu bildirib.
dəqiqələr içində saytın olsun.