Menyu

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatıb

Nicat Hüseynli
Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatıb
1 dəq oxu

Əlcəzairin şimal-şərqində üç vilayətdə baş verən meşə yanğınları nəticəsində azı 12 nəfər həyatını itirib.

Operativ Media xəbər verir ki, bu barədə Əlcəzairin Daxili İşlər Naziri Səid Sayud məlumat verib.

Yanğınların söndürülməsi və yaralılara tibbi yardım göstərilməsi üçün aidiyyəti qurumlar səfərbər olunub.

Məlumata görə, ölkənin müxtəlif vilayətlərində ümumilikdə 159 yanğın ocağı qeydə alınıb. Onlardan 90-ı söndürülüb, 69 yanğın ocağında isə alovun qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər