Menyu

Alyaskada kiçik təyyarə qəzaya uğrayıb, 4 nəfər həlak olub

Nicat Hüseynli
Alyaskada kiçik təyyarə qəzaya uğrayıb, 4 nəfər həlak olub
1 dəq oxu

ABŞ-nin Alyaska ştatında kiçik təyyarənin suya düşməsi nəticəsində dörd nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə Alyaska İctimai Təhlükəsizlik Departamenti məlumat yayıb.

Hadisə Seldoviya sahil şəhəri yaxınlığında baş verib. Ankoricdən Seldoviyaya uçan “Piper PA-24” tipli təyyarə suya çırpılaraq tamamilə batıb.

Hadisə yerinə Ankoricdən helikopter heyəti, Enkor Poyntdan isə qayıqla şəxsi heyət göndərilib. Təyyarə sudan çıxarıldıqdan sonra polis əməkdaşları içəridən dörd böyük şəxsin cəsədini aşkar ediblər.

Əlaqəli Xəbərlər