Ermənistan Baş Prokurorluğu Koçaryanla bağlı açıqlama verib
Operativ Media
Ermənistan Baş Prokurorluğu keçmiş prezident Robert Koçaryanın cinayət məsuliyyətinə cəlb edilməsi üzrə iddia müddətinin başa çatmadığını bildirib.
Operativ Media xəbər verir ki, bu barədə "Armenpress" Baş Prokurorluğa istinadən məlumat yayıb.
Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə üzrə 3, xüsusilə külli miqdarda rüşvət alma üzrə 2, xüsusilə külli miqdarda çirkli pulların yuyulması üzrə isə 4 epizodla ittiham olunur.
Avqustun 27-də məhkəmə Koçaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin edib.
Onun oğlu Sedrak Koçaryan da həftənin əvvəlində həbs edilib və hazırda istintaq təcridxanasındadır. Hər iki şəxs onlara qarşı irəli sürülən ittihamları rədd edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net