Menyu

Kolumbiyanın şimalında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb

Nicat Hüseynli
Kolumbiyanın şimalında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb
1 dəq oxu

Kolumbiyanın şimalında 5,3 maqnitudalı zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "GFZ" məlumat yayıb.

Məlumata görə, zəlzələ Qrinviç vaxtı ilə saat 16:45-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların ocağı 150 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin episentri ilkin olaraq 6,70 dərəcə şimal enliyi və 73,09 dərəcə qərb uzunluğunda müəyyən edilib.

Əlaqəli Xəbərlər