Menyu

İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb

Nicat Hüseynli
İsveç Ukraynaya əlavə 28 milyon dollar ayırıb
1 dəq oxu

İsveç hökuməti Ukraynaya dəstək məqsədilə 270 milyon kron, yəni 28,36 milyon dollar ayırıb.

Operativ Media xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Vəsaitin 14 milyon dolları ABŞ-ın “Ukraynanın Prioritet Ehtiyacları Siyahısı” (PURL) təşəbbüsünə yönəldiləcək.

Paketlərə hava hücumundan müdafiə sistemləri və sursatlar daxildir. Bu, İsveçin PURL təşəbbüsünə beşinci yardımıdır və ölkənin ümumi töhfəsini 552 milyon dollara çatdırır.

Əlaqəli Xəbərlər