Menyu

ABŞ Yaxın Şərqdə yerləşdirilən qoşunlarının sayını açıqlayıb

Operativ Media
ABŞ Yaxın Şərqdə yerləşdirilən qoşunlarının sayını açıqlayıb
1 dəq oxu

50 min amerikalı hərbi qulluqçu Yaxın Şərq regionunda yerləşdirilib.

Operativ Media xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper bildirib.

"Yaxın Şərqdə (red: ABŞ-nin) iki missiyası üzrə əməliyyat hesabatını təqdim edirəm. Regiondakı 50 min hərbçimizin çoxu İranın dəniz blokadasının saxlanılması və Hörmüz boğazı vasitəsilə kommersiya daşımalarının dəstəklənməsi istiqamətində müstəsna işlər görür", — deyə o bildirib. 

Kuperin videomüraciəti Mərkəzi Komandanlığın "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Kuper əlavə edib ki, iyulun ortalarında bərpa olunduğu vaxtdan bəri İranın dəniz blokadasını "minlərlə amerikalı hərbi qulluqçu, 20-dən çox hərbi gəmi və yüzlərlə hava gəmisi" təmin edir.

Əlaqəli Xəbərlər