Menyu

Venesuela OPEC-dən çıxmağı düşünür

Şəfa Hüseynli
Venesuela OPEC-dən çıxmağı düşünür
1 dəq oxu

Venesuela Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEC) çıxmağı nəzərdən keçirir.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, Karakas bu məsələni ABŞ rəsmiləri ilə müzakirə edib. Lakin hələlik yekun qərar verilməyib.

Agentlik qeyd edir ki, Venesuelanın OPEC-dən çıxması ABŞ və digər ölkələrin beynəlxalq neft şirkətləri üçün ölkədə daha geniş iştiraka yol aça bilər.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı 1960-cı ildə neft hasilatı siyasətini əlaqələndirmək, müntəzəm neft tədarükünü təmin etmək və bazarları sabitləşdirmək üçün yaradılmış hökumətlərarası təşkilatdır. Təşkilatın yaradılmasının təşəbbüskarları əsas neft hasil edən ölkələr - İraq, İran, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuela olub.

Əlaqəli Xəbərlər