Menyu

Qazaxıstan 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini nəzərdən keçirir

Şəfa Hüseynli
Qazaxıstan 16 yaşdan kiçik uşaqlar üçün sosial medianın qadağan edilməsini nəzərdən keçirir

Qazaxıstanın birpalatalı parlamentinin (Kurultay) deputatları 16 yaşdan kiçik uşaqların sosial mediada qeydiyyatdan keçməsini qadağan edən qanun layihəsinin nəzərdən keçirilməsinə prioritet verməlidirlər.

Operativ Media xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayev bildirib.

O, Qazaxıstan hökumətinin əvvəllər də oxşar təşəbbüs irəli sürdüyünü xatırladıb. "Mən bu təşəbbüsü dəstəkləyirəm. Hesab edirəm ki, bu məsələ prioritet kimi nəzərdən keçirilməlidir", - deyə o, Kurultayin birinci sessiyasının açılışında bildirib.

Tokayev qeyd edib ki, "Biz gənc nəsil üçün rahat və ən əsası təhlükəsiz mühit üçün əlverişli şərait yaratmağa borcluyuq." O əlavə edib ki, 16 yaşdan kiçik şəxslər üçün sosial medianı qadağan edən qanun layihəsi qəbul edilərkən onun tətbiqi üçün bütün mexanizmlər hazırlanmalıdır.

Tokayev həmçinin ölkədə onlayn platformaların və kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunlara xüsusi diqqət yetirilməsini tələb edib. Qazaxıstan lideri vurğulayıb ki, informasiya məkanında vətəndaşların hüquq və qanuni maraqlarının qorunması üçün əlavə tədbirlər görülməlidir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər