Menyu

Xolesterini dərmansız salmağın yolları - Həkim məsləhəti

Ayşən Sadıxzadə
Xolesterini dərmansız salmağın yolları - Həkim məsləhəti

Sağlamlıqla bağlı ən çox yayılan yanlış təsəvvürlərdən biri yüksək xolesterinin yalnız artıq çəkili insanlarda müşahidə olunmasıdır. Halbuki bədən çəkisi normal olan, hətta çox arıq şəxslərdə də xolesterinin səviyyəsi yüksək ola bilər. Mütəxəssislər bunun səbəbləri arasında genetik meyllilik, maddələr mübadiləsi və həyat tərzi faktorlarını qeyd edirlər. Bəs yüksək xolesterin nə zaman təhlükəlidir, dərman müalicəsi hər kəs üçün vacibdirmi və qidalanma rejimində hansı dəyişikliklər edilməlidir?

Mövzu ilə bağlı Operativ Media-ya endokrinoloq Samirə Süleymanova danışıb.

O bildirib ki, xolesterin ümumiyyətlə mübadilə pozğunluğu ilə əlaqəli göstəricidir və onun yüksəlməsində genetik faktorların da mühüm rolu var:

“Buna görə də yüksək xolesterini yalnız artıq çəki ilə əlaqələndirmək düzgün deyil. Təcrübədə artıq çəkili şəxslərdə xolesterinin normal, çox arıq insanlarda isə yüksək olması da mümkündür. Əvvəllər xolesterinin əsasən çəki ilə əlaqəli olduğu düşünülürdüsə, müasir yanaşmada genetik meyllilik və digər metabolik faktorlar da nəzərə alınır.

Xolesterinin yüksək olması hər zaman dərman müalicəsi tələb etmir. Dərman preparatlarının təyin olunması xəstənin ümumi ürək-damar riskindən, xolesterinin səviyyəsindən və digər göstəricilərdən asılıdır. Bəzi hallarda isə həyat tərzinin dəyişdirilməsi xolesterinin nəzarətdə saxlanılmasına kömək edə bilər.

Bunun üçün ilk növbədə düzgün yuxu rejimi, gündəlik fiziki aktivlik, zərərli vərdişlərdən, o cümlədən spirtli içkilərdən uzaq durmaq və balanslı qidalanmaq vacibdir. Qidalanmada xüsusilə doymuş yağların qəbulunu məhdudlaşdırmaq, fast-food və yüksək yağlı hazır qidalardan mümkün qədər uzaq durmaq tövsiyə olunur.

Rasionda balıq və dəniz məhsullarına da yer verilməlidir. Xüsusilə yağlı balıqların həftədə ən azı iki dəfə qəbul edilməsi sağlam qidalanmanın tərkib hissəsi hesab olunur”.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər