Menyu

İtaliyada anomal istilərlə bağlı yüksək təhlükə elan edildib

Nicat Hüseynli
İtaliyada anomal istilərlə bağlı yüksək təhlükə elan edildib
1 dəq oxu

İtaliyada davam edən anomal isti hava şəraiti səbəbindən bir sıra ərazilərdə “qırmızı həyəcan” rejimi tətbiq olunub.

Operativ Media xəbər verir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat verib.

Yay başlayandan bəri ölkədə müşahidə olunan beşinci isti hava dalğası əsasən mərkəzi və cənub bölgələrinə təsir edib.

Anomal istilər paytaxt Romada da turistlər və sakinlər üçün çətinlik yaradıb. Ölkənin cənubundakı Siciliya adasında baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əlaqəli Xəbərlər