Menyu

Avropa Komissiyası namizəd ölkələrin Aİ-yə qəbulu ilə bağlı veto hüququnun ləğvini təklif edəcək

Şəfa Hüseynli
Avropa Komissiyası namizəd ölkələrin Aİ-yə qəbulu ilə bağlı veto hüququnun ləğvini təklif edəcək
1 dəq oxu

Avropa Komissiyası Aİ-nin genişlənmə siyasətində əsaslı islahat hazırlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, müvafiq islahat sentyabr ayında təqdim ediləcək.

Bu islahatlara üzv dövlətlərin yeni dövlətlərin qəbulu üzərində veto hüququnun ləğvi də daxildir. 

İslahat həmçinin yeni ölkələrin Aİ-yə tədricən inteqrasiyası prinsipinin tətbiqini və üzvlükdən sonra onların hüquqlarının məhdudlaşdırılması imkanını da əhatə edir.

Bu islahatın təsdiqlənməsi üçün 27 Aİ ölkəsinin hamısının yekdil qərarı tələb olunacaq.

Əlaqəli Xəbərlər