"Nvidia"nın bazar dəyəri artıb
Operativ Media
Amerikanın "Nvidia" şirkətinin bazar dəyəri avqustun 27-də 442 milyard dollar artıb.
Operativ Media xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Bildirilib ki, artım süni intellekt üçün çiplər istehsal edən şirkətin maliyyə hesabatını açıqlamasından sonra baş verib.
"Nvidia"nın göstəricisi yalnız "Microsoft"un rekordundan geri qalıb.
Belə ki, "Microsoft"un bazar dəyəri maliyyə nəticələrinin açıqlanmasından sonra iyulun 30-da 450 milyard dollar artıb.
Həmin vaxt şirkətin səhmləri 15,51 faiz bahalaşaraq 451,1 dollara yüksəlib.
Bundan əvvəl birgünlük bazar dəyərinin ən böyük artımı elə "Nvidia"ya məxsus olub.
Şirkətin kapitallaşması 440 milyard dollar artıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net