Menyu

Taliban nümayəndə heyəti qeyri-rəsmi olaraq Almaniyaya gəlib

Operativ Media
Taliban nümayəndə heyəti qeyri-rəsmi olaraq Almaniyaya gəlib
1 dəq oxu

Əfqanıstan vətəndaşlarının vətənlərinə deportasiyasına kömək etmək üçün üç Taliban nümayəndəsi qeyri-rəsmi olaraq Almaniyaya gəlib.

Operativ Media xəbər verir ki, bu barədə  NDR-in məlumat yayıb.

Məlumata görə, nümayəndə heyəti Almaniyaya avqustun 26-da gəlib. 

Kabildən ayrılmazdan əvvəl Taliban nümayəndələri Qətərdə dayanıblar. Onlara yerli Almaniya səfirliyində 30 günlük Almaniya vizası verilib. Qrup hazırda Berlindəki Əfqanıstan səfirliyində qalır.

Gələn həftə nümayəndə heyətinin Əfqanıstanın baş konsulluqlarının yerləşdiyi Bonn və Münhen şəhərlərinə səfəri planlaşdırılır.

Əlaqəli Xəbərlər