Menyu

Şimali Koreyada müdafiə naziri dəyişdirilib

Operativ Media
Şimali Koreyada müdafiə naziri dəyişdirilib

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol istefaya göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Məlumata görə, Koreya Xalq Ordusu Baş Siyasi İdarəsinin direktoru Kim Son Gi Müdafiə Nazirliyinin yeni rəhbəri təyin edilib.

Kadr dəyişiklikləri ilə bağlı qərar avqustun 29-da KXDR lideri Kim Çen İnin sədrliyi ilə keçirilən Koreya Əmək Partiyasının doqquzuncu Mərkəzi Hərbi Komissiyasının iclasında qəbul edilib.

No Qvan Çxol iki dəfə - 2018-ci ilin iyunundan 2019-cu ilin dekabrınadək və 2024-cü ilin oktyabrından indiyədək müdafiə naziri vəzifəsində çalışıb.

İstefadan sonra o, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin Hərbi Sənaye Departamentinin direktorunun birinci müavini təyin edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər