İslandiya Avropa İttifaqına qoşulmaqdan imtina edib
İslandiya sakinləri keçirilən referendumda Avropa İttifaqı ilə üzvlük danışıqlarının bərpa olunmasının əleyhinə səs veriblər.
Operativ Media xəbər verir ki, "Reuters" agentliyinin təhlilinə əsasən, rəsmi Brüssel İttifaqın genişlənməsinə olan şübhələri azaltmaq və Arktika regionundakı strateji təsir imkanlarını gücləndirmək üçün İslandiyanın birliyə qoşulmasında maraqlı idi.
Rəsmi Reykyavik ilk dəfə 2009-cu ildə birliyə üzvlük üçün müraciət ünvanlasa da, 2013-cü ildə hakimiyyətə gələn və Avropa İttifaqına qarşı sərt mövqe sərgiləyən hökumət prosesi dondurmuşdu. İspaniyanın RUV telekanalının yaydığı məlumata görə, bülletenlərin demək olar ki, hamısının hesablanmasından sonra seçicilərin 52,5 faizinin danışıqlara "yox" dediyi müəyyənləşib. Qeyd edək ki, hazırda ölkə Şengen zonasının və Avropa İqtisadi Zonasının üzvüdür.
dəqiqələr içində saytın olsun.