İslandiyanın Aİ qərarı Brüsseldə məyusluq yaradıb
İslandiya əhalisi referendum zamanı Avropa İttifaqı ilə üzvlük prosesinin bərpasına qarşı səs verib və bu addım Brüsseldə məyusluq doğurub.
Operativ Media xəbər verir ki, "Reuters" agentliyinin dəyərləndirməsinə görə, Avropa İttifaqı rəsmiləri bu dövləti aşağı riskli ölkə kimi qiymətləndirirdilər.
Yerli RUV telekanalının səslərin demək olar ki, hamısının hesablanmasından sonra açıqladığı nəticələrə əsasən, vətəndaşların 52,5 faizi danışıqların əleyhinə çıxıb. Qurumun məlumatında nəticələrin birmənalı olduğu və islandiyalıların "yox" dediyi vurğulanıb. Xatırladaq ki, rəsmi Reykyavik birliyə qoşulmaq üçün ilk müraciətini 2009-cu ildə təqdim etsə də, 2013-cü ildə hakimiyyətdə olan və İttifaqı şübhə ilə qarşılayan kabinet proseduru dayandırmışdı. Hazırda dövlət Şengen razılaşmasının və Avropa İqtisadi Zonasının iştirakçısıdır.
dəqiqələr içində saytın olsun.