Menyu

Xərçəng xəstəliyinin müasir müalicə metodları hansılardır? - AÇIQLAMA

5601 baxış
Xərçəng xəstəliyinin müasir müalicə metodları hansılardır? - AÇIQLAMA

Son zamanlar xərçəng xəstəliyinin daha çox can aldığının şahidinə çevrilmişik. Bəs görəsən, uzun illərdir ki, saysız- hesabsız canlar alan bu xəstəliyin bir dərmanı tapılmırmı? Bəzən deyirlər ki, xərçəngin müalicəsi təbii üsullarla mümkündür. 

Mövzu ilə bağlı Tibb üzrə fəlsəfə doktoru, Cərrah-Qastroenteroloq Ramin Qasımov "Operativ Media"ya açıqlamasında bildirib ki, insanlar xərçəngi ölüm bilir, amma bu həqiqəti özündə əks etdirmir:


"Xərçəng günümüzdə müalicəsi olan bir xəstəlikdir. Bu xəstəliyin müalicəsində müasir dövrdə kök hüceyrələrdən istifadə olunur. İndiki dövrdə xərçəngin müalicəsində bir çox üsullardan istifadə olunur. Bu xərçəngin hansı orqanı zədələdiyindən, aşkarlanma mərhələsindən, orqanizminin immunitetin nə dərəcədə dayanıqlılığından asılıdır. Analoji xəstənin immun sisteminin idarə sürəti, tezliyi çox önəmli prosesdir.
Ankoloji xəstəliyin müalicəsini asanlaşdıran ən yaxşı üsul  erkən diaqnostikadır. Bu xəstəlik ilk vaxtlarda heç bir ağrı vermir. Xərçəngin müalicəsi, üçün hazırda kimyaterapiya, şüaterapiya, müasir dövrdə kök hüceyrələrdən istifadə olunur və hipertermiq terapiya, poliyativə də təbabət var.


Bu xəstəliyin müalicəsi üçün müxtəlif elmi müəssisələr, institutlar hansi ki, onlar öz metodikasını təklif edir.
Fitoterapiya yəni, bitkilərlə müalicə müalicə üsulları da var, dəqiqləşdirilmiş təbabətdə kənar bir sahə olsa da, amma müalicədə effekt əldə olunan nəticələri də özünü əks etdirir. Xərçəngin yayılmasını, ağırlaşmasını qismən yubada bilir.


Metobalizmə təsir etməklə, umummteti artırır, xərçəngin yaşam müddətinə gəldikdə isə dəqiq bir yaşam müddəti yoxdur,  amma hər hansı bir orqanın xərçənginə görə aparılmış cərrahi müalicənin gec və ya tez nəticələri var.


Tutaq ki, beyin, ağciyər mədə xərçəngində və qadınlarda üstünlük təşkil edən süd vəzi, eləcə də uşaqlıq yolunu xərçəngində bunlar 3 aydan 30 il-ə qədər davam edə bilər. Lakin mədə ankologiyasında tapılıbsa, burada cərrahi müalicədən sonra linfodisoksiya, yəni ətraf linfo düyünlərin çıxarılmasından sonra yaşam müddəti 10 ilə qədərdir, qeyd etdiyim düyünlər çıxardılmadıqda isə yaşam müddəti 2 il olur.

Yaşam müddəti hələ ki, bu aralıqdadır. Amma aparılan müalicələr öz sözünü deyirsə ankoloji xəstəliyin ağırlaşması metostazın verilməsi məsələləri qismən dondurulmuş hala keçir".

Ramin Qasımov xərçəng xəstələrinin cərrahiyə əməliyyatı olunmasının "təhlükəli" ola biləcəyi barəsində danışarkən "Əgər belə olsa, onkologiya elimi olmaz, tamamilə yanlış bir yanaşmadır, 20 il əməliyyat olunub yaşayan xəstələr var. İnsanlar xərçəngi ölüm bilir, amma qətiyyən elə deyil. Xərçəng günümüzdə müalicəsi olan bir xəstəlikdir”- deyə qeyd edib.


Ayşən Azadova
 

Teqlər:

"Xərçəng xəstəliyinin müasir müalicə metodları hansılardır? - AÇIQLAMA"

Əlaqəli Xəbərlər