Ərdoğan gəmi qəzası ilə bağlı başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Girnədən Mersinin Taşucu istiqamətində hərəkət edən sərnişin gəmisinin qəzası ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib.
Operativ Media xəbər verir ki, Ərdoğan bu barədə “X” hesabında paylaşım edib.
O bildirib ki, qəzanın dərhal ardından Şimali Kipr Türk Respublikası qurumları ilə əməkdaşlıq çərçivəsində genişmiqyaslı axtarış-xilasetmə işlərinə başlanılıb.
Onun sözlərinə görə, aparılan əməliyyatlar nəticəsində 237 sərnişin və ekipaj üzvü sağ-salamat xilas edilib. Qəza nəticəsində 7 nəfər isə həyatını itirib.
Türkiyə Prezidenti itkin düşən şəxslərin tapılması istiqamətində axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildirib.
Ərdoğan dövlətin bütün imkanlarının səfərbər edildiyini və prosesin yaxından izlənildiyini qeyd edib.
O, qəza nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib, xilas edilən vətəndaşlara isə keçmiş olsun diləklərini çatdırıb.
dəqiqələr içində saytın olsun.