Menyu

Girne sahillərində gəminin batması ilə bağlı 8 nəfər saxlanılıb - YENİLƏNİB

Operativ Media
Girne sahillərində gəminin batması ilə bağlı 8 nəfər saxlanılıb - YENİLƏNİB
1 dəq oxu

Şimali Kiprin Baş naziri Ünal Üstel Girne sahillərində batan sərnişin gəmisi ilə bağlı apardıqları istintaq çərçivəsində gəmi kapitanı və 7 əməkdaşın saxlanıldığını açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Daha əvvəl Şimali Kiprin Prezidenti Tufan Erhürman gəmi qəzası ilə bağlı istintaqın başladıldığını bildirib.

19:28

Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı axtarış-xilasetmə işləri davam edir, 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib.

Operativ Media xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Tufan Erhürman bildirib.

"Prioritetimiz itkin düşən 23 nəfəri tapmaqdır", - T. Erhürman deyib.

Onun sözlərinə görə, Türkiyə hər zamankı kimi Şimali Kiprin yanındadır və axtarışlara kömək edir:

"Təşvişə və spekulyasiyaya səbəb olacaq açıqlamalar vermək doğru deyil. Gəminin batdığı yerdə dənizin dərinliyi 500 metrdir. 

Dərində işləmək asan deyil. Səthdə və səthə yaxın yerlərdə axtarış aparılır. Dalğıclar bölgədədir, axtarışlar davam edir. Bütün qurumlarımız bölgədədir".

Erhürman hadisə ilə bağlı istintaqın başlandığını açıqlayıb.

Əlaqəli Xəbərlər