ABŞ İrana qarşı sanksiya təzyiqlərini hər həftə gücləndirəcək
Vaşinqton administrasiyası Tehranla əlaqəli müxtəlif qurumlara qarşı məhdudiyyətləri hər həftə müntəzəm olaraq artırmaq niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Reuters" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu cür restriksiyaların miqyası daha da genişlənəcək. Maliyyə departamentinin rəhbəri vurğulayıb ki, proses ilk olaraq bank sektorundan başlayır və qurumlara İran vəsaitlərinin saxlanılmasının eləcə də rejimin dəstəklənməsinin yolverilməzliyi barədə xəbərdarlıq edilir.
Bessent avqustun 31-dən sentyabrın 1-dək Şimali Karolina ştatının Eşvill şəhərində baş tutacaq G20 maliyyə nazirlərinin toplantısında digər ölkələrin nümayəndələrini İrana bağlı əlaqələrə görə tətbiq oluna biləcək sanksiyalar barədə xəbərdar edəcəyini qeyd edib.
Xatırladaq ki, avqustun 24-də ABŞ maliyyə naziri Tehranın gəlir mənbələrini tamamilə məhdudlaşdırmaq məqsədilə birtərəfli sanksiyalar rejiminin sərtləşdirildiyini açıqlamışdı. Nazir yeni məhdudiyyətlərə tabe olmaqdan imtina edən istənilən dövlətə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq olunacağını və həmin ölkələrin dollara çıxışdan məhrum ediləcəyini bəyan etmişdi. Lakin Vaşinqtonun İrinin ticarət tərəfdaşlarına qarşı dərhal addımlar atmamasının səbəbini izah edən Bessent bildirib ki, qlobal maliyyə sistemini sarsıtmaq istəmədikləri üçün qarşıdurmadan qaçmağa çalışırlar.
dəqiqələr içində saytın olsun.