Liviyada prezident və parlament seçkiləri iki il ərzində keçiriləcək
Liviyanın şərqi və qərbi hakimiyyət orqanlarının nümayəndələrindən ibarət 4+4 Komitəsi ölkədə prezident və parlament seçkilərinin keçirilməsi üçün zəruri olan seçki qanunları ilə bağlı yekun razılaşma imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Liviyadakı Dəstək Missiyasının (UNSMIL) açıqlamasında bildirilib.
Ölkənin şərqindəki Liviya ordusunun Baş Komandanlığının dörd nümayəndəsi və qərbdəki Razılıq Hökumətinin dörd nümayəndəsi Tripolidəki UNSMIL-in qərargahında görüş keçirib.
Tərəflər seçki qanunları ilə bağlı razılığa gəliblər və müqavilənin yekun mətnini imzalayıblar.
Sənədə əsasən, həm mülki şəxslər, həm də hərbçilər prezidentliyə namizəd ola biləcəklər.
Həmçinin, namizədlərdən biri səslərin 50 faizini və bir səsi toplayarsa, prezident seçkilərinin ikinci turunun keçirilməsinin tələb olunmayacağını da nəzərdə tutur.
dəqiqələr içində saytın olsun.