Menyu

Qırğızıstan və Çin əbədi mehriban qonşuluq və dostluq müqaviləsi imzalayıblar

Operativ Media
Qırğızıstan və Çin əbədi mehriban qonşuluq və dostluq müqaviləsi imzalayıblar
1 dəq oxu

Qırğızıstan Prezidenti Sadır Japarov və Çin Xalq Respublikasının sədri Si Cinpin iki ölkə arasında əbədi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

Operativ Media xəbər verir ki, bu barədə Qırğız KİV-ləri məlumat yayıb.

Mərasim Qırğızıstan və Çin liderləri arasında Bişkekdə keçirilən danışıqlardan sonra baş tutub.

Saziş sərhəd və Bedel keçid məntəqəsi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir.

Əlaqəli Xəbərlər