Menyu

Togg T6X qiyməti ilə balansı dəyişdirəcək

Şəfa Hüseynli
Togg T6X qiyməti ilə balansı dəyişdirəcək

Türkiyənin yerli avtomobil markası olan Togg T10X və T10F modellərindən sonra çoxdan gözlənilən yeni kompakt SUV modeli olan Togg T6X -in prototip dizaynını təqdim edib.

Operativ Media şirkətin sədri Fuat Tosyalının açıqlamasına istinadən xəbər verir ki, Togg T6X prototipi mövcud T10X və T10F modelləri ilə müqayisədə fərqli görünüşə malikdir.

Onun sözlərinə görə, T10X və T10F-dən sonra T6X-i mövcud bazar qiymətlərindən daha əlverişli olması üçün xüsusi olaraq hazırlanıb. Buna uyğun kampaniya prosesləri də olacaq.

T6X-in qiymətinin 1,3 milyon TL aralığında olması ilə bağlı Tosyalı bildirib ki: "Hədəflərimiz o vaxtdan bəri dəyişməyib. Gələn ilin iyun ayından sifariş toplamağa başlayacağıq. İyun ayının sonundan etibarən nəqliyyat vasitələrimizi müştərilərə göndərməyə başlayacağıq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər