Menyu

Özbəkistan Prezidenti Qırğızıstana işgüzar səfərə yola düşüb

Şəfa Hüseynli
Özbəkistan Prezidenti Qırğızıstana işgüzar səfərə yola düşüb

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının növbəti iclasında və "ŞƏT Plyus" formatında keçirilən iclasda iştirak etmək üçün Bişkekə yola düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.

Tədbirlərdə ŞƏT çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər, eləcə də beynəlxalq və regional əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Özbəkistan Prezidenti xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçirəcək və VI Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edəcək.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər