Menyu

İndoneziyada Sinabunq vulkanı 3500 metr hündürlüyə vulkan külü püskürüb

Şəfa Hüseynli
İndoneziyada Sinabunq vulkanı 3500 metr hündürlüyə vulkan külü püskürüb
1 dəq oxu

İndoneziyanın qərbindəki Şimali Sumatra əyalətində yerləşən aktiv vulkan Sinabunq püskürüb.

Operativ Media xəbər verir ki, bu barədə "Kompas TV" məlumat yayıb.

Bildirilib ki, vulkan püskürərək 3500 metr (11480 fut) hündürlüyə qalın vulkan külü sütununu səmaya atıb.

Püskürmə ilə əlaqəli seysmik aktivlik maksimum 120 millimetr amplituda qeydə alınıb və bir saatdan çox davam edib.

Tələfat və infrastruktura dəyən ziyan barədə məlumat verilməyib.

Əlaqəli Xəbərlər