İran ABŞ-yə xəbərdarlıq edib
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ-nin mümkün təcavüzünə qarşı xəbərdarlıq edib.
Operativ Media xəbər verir ki, bu barədə İran ordusunun Baş Qərargahının bəyanatında bildirilib.
ABŞ-nin regiondakı bəzi ölkələrin ərazisi, hava məkanı və sahillərindən istifadə etməsinə münasibət bildirən Baş Qərargah qeyd edib ki, həmin ölkələrin öz ərazilərinin bu məqsədlə istifadəsinə icazə vermədikləri barədə rəsmi açıqlamalarına baxmayaraq, ABŞ bu imkanlardan istifadə edir.
Bəyanatda vurğulanıb ki, İran qonşu ölkələrin milli suverenliyinə hörmətlə yanaşır, lakin özünə qarşı hər hansı təcavüzü qəbul etməyəcək.
“İndiyədək döyüş meydanında göstərdiyimiz kimi, qonşularımızın milli suverenliyinə hörmət etməklə yanaşı, heç bir təcavüzü heç vaxt qəbul etməyəcəyik və buna dəfələrlə daha ağır cavab verəcəyik”, - deyə bəyanatda bildirilib.
İran ordusunun Baş Qərargahı həmçinin ABŞ ordusunun regiondan çıxmaqdan başqa yolunun olmadığını bəyan edib.
dəqiqələr içində saytın olsun.