Menyu

Rusiya Kiyevdə dəmir yolu deposunu vurub, 7 nəfər həlak olub

Operativ Media
Rusiya Kiyevdə dəmir yolu deposunu vurub, 7 nəfər həlak olub
1 dəq oxu

Çərşənbə axşamına keçən gecə Rusiya qoşunları Kiyevdəki dəmir yolunun deposuna və digər obyektlərinə ballistik raketlərlə zərbə endirib, hücumlar nəticəsində altısı "Ukrayna Dəmir Yolları"nın (UDY) işçisi olmaqla, yeddi nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə "Facebook"da UDY-nin rəhbəri Aleksandr Pertsovski məlumat paylaşıb.

Onun sözlərinə görə, hədəf əvvəlcədən müəyyənləşdirilib, bir əməkdaş yaralanaraq xəstəxanaya yerləşdirilib, ona lazımi yardım göstərilir.

Şirkət rəhbəri genişmiqyaslı dağıntılar barədə danışıb: deponun yaxınlığında sex tamamilə dağılıb, xilasedicilər hələ də bir sıra yanğın ocaqlarını söndürürlər.

Zərbə səbəbindən iki xəttdə hərəkət müvəqqəti olaraq bağlanıb.

Əlaqəli Xəbərlər