Qırğızıstan Ala-Arçadakı dağ zirvəsinə "ŞƏT Zirvəsi" adını verib
Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğızıstanın Çuy vilayətinin Alamudun rayonundakı Ala-Arça Dövlət Təbiət Parkında yerləşən adsız 4050 metrlik dağ zirvəsinə "Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi" coğrafi adının verilməsi haqqında" fərman imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, Şanxay Əməkdaşlıq Təşkilatının yaradılmasının 25-ci ildönümü və Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 2026-cı ildə Qırğızıstanda keçirilməsi ilə əlaqədar olaraq, Qırğızıstan Respublikasının Nazirlər Kabinetinə bütün prosedurları həyata keçirmək, üç ay müddətində Qırğızıstan Respublikasının müvafiq qanun layihəsini hazırlamaq və baxılması üçün Qırğızıstan Joqorku Keneşinə təqdim etmək tapşırılıb.
dəqiqələr içində saytın olsun.