Menyu

"Qalatasaray" Bundesliqadan müdafiəçi transfer edir

Operativ Media
"Qalatasaray" Bundesliqadan müdafiəçi transfer edir
1 dəq oxu

“Qalatasaray” Almaniyanın “Leypsiq” klubunda çıxış edən müdafiəçi El Şadail Bitişiabunun transferi ilə bağlı razılığa gəlib.

Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb 

Məlumata görə, 19 yaşlı fransalı futbolçu İstanbul təmsilçisinə icarə əsasında keçəcək. Razılaşmada oyunçunun transfer hüquqlarının alınması üçün satınalma şərtinin də yer aldığı bildirilib.

Məlumata görə, Bitişiabunun tibbi müayinədən keçməsi üçün artıq vaxt təyin olunub. Futbolçunun “Qalatasaray”a keçidə razılıq verdiyi və bu barədə “Sky DE”nin məlumat yaydığı qeyd edilib.

Əlaqəli Xəbərlər