Menyu

Türkiyə Ay və kosmik tədqiqatlarla bağlı Artemis Sazişlərinə qoşulub

Operativ Media
Türkiyə Ay və kosmik tədqiqatlarla bağlı Artemis Sazişlərinə qoşulub
1 dəq oxu

Türkiyə kosmik və ay tədqiqatlarını hədəfləyən beynəlxalq "Artemis Sazişləri"ni imzalayıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Artemis Sazişləri 2020-ci ildə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) tərəfindən Avstraliya, Kanada, İtaliya, Yaponiya, Lüksemburq, Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Krallıqla birlikdə irəli sürülmüşdür. Bunlar Ayın, Günəş Sisteminin planetlərinin və kosmosun tədqiqi kontekstində hazırlanmış qeyri-məcburi prinsiplər toplusudur. Türkiyə sazişlərə qoşulan 71-ci ölkə olub.

Əlaqəli Xəbərlər