Menyu

Ərdoğan və Putin arasında Bişkekdə görüş keçirilib - YENİLƏNİB 2

Şəfa Hüseynli
Ərdoğan və Putin arasında Bişkekdə görüş keçirilib - YENİLƏNİB 2
1 dəq oxu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün səfərdə olduğu Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Putin görüşdə Rusiya və Türkiyənin həm xarici siyasət, həm də iqtisadi məsələlərdə imtiyazlı tərəfdaşlar olduğunu bildirib.

Onun sözlərinə görə, Moskva və Ankara əsas birgə layihələri həyata keçirməyə davam edirlər ki, bunlardan ən əsası Akkuyu Atom Elektrik Stansiyasının tikintisidir.

Rusiya lideri, həmçinin, "Rosatom"un stansiyanın ilk enerji blokunu 2026-cı ildə işə sala biləcəyinə əminliyini ifadə edib.

Ərdoğan öz növbəsində Rusiya-Türkiyə münasibətlərinin sürətli inkişafını qeyd edib və Akkuyu Atom Elektrik Stansiyası layihəsinin xüsusi əhəmiyyətini vurğulayıb.

"Türkiyə ilə Rusiya arasında münasibətlər həqiqətən əhəmiyyətli irəliləyiş əldə edib", - deyə Türkiyə lideri bildirib.

Ərdoğanın sözlərinə görə, stansiyanın ilk enerji blokunun tikintisi son mərhələyə qədəm qoyub. Ankara onun işə salınmasını və sonrakı istismarını gözləyir, bundan sonra tərəflər enerji sektorunda gələcək birgə addımları müzakirə etmək niyyətindədirlər.

17:51

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə görüş keçirilib.

Operativ Media bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Görüş "Ala-Arça" dövlət iqamətgahında baş tutub.

17:44

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Əlaqəli Xəbərlər