Menyu

İran: ABŞ-yə cavab olaraq sarsıdıcı zərbələr endiriləcək

Operativ Media
İran: ABŞ-yə cavab olaraq sarsıdıcı zərbələr endiriləcək
1 dəq oxu

İran ABŞ ordusunun Sistan və Bəlucistan və Hörmüzgan ostanlarının bəzi ərazilərinə endirdiyi hava zərbələrinə cavab veriləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahı bəyanat yayıb.

Bildirilib ki, İran Silahlı Qüvvələri ABŞ-yə sarsıdıcı və ağır zərbələr endirəcək.

Qeyd olunub ki, ABŞ ordusu regionda təxribatlarını davam etdirməkdə israr edərsə, daha böyük və ağır itkilərlə üzləşəcək.

“Dəfələrlə bəyan etmişik və qərar vermişik ki, heç bir şəraitdə qəhrəman İran xalqının hüquqlarından geri çəkilməyəcəyik və ABŞ-yə ağır bədəl ödədəcəyik”, - İran Silahlı Qüvvələri Baş Qərargahı vurğulayıb.

Əlaqəli Xəbərlər