Menyu

ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb

Operativ Media
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb

ABŞ Silahlı Qüvvələri 1 sentyabrda İranın hərbi hədəflərinə, hava hücumundan müdafiə obyektlərinə, radiolakasiya sistemlərinə və rabitə məntəqələrinə zərbələr endirərək hücumları başa çatdırıb.

Operativ Media-nın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

"CENTCOM qüvvələri 1 sentyabrda İranın hərbi hədəflərinə zərbələri uğurla başa çatdırıb. ABŞ Silahlı Qüvvələri hava hücumundan müdafiə obyektləri, radarlar, dəniz vasitələri və obyektləri, minaların quraşdırılma vasitələri və rabitə qurğuları da daxil olmaqla, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu - Silahlı Qüvvələrin elit bölməsi - red.) hədəflərinə hücum edib", - komandanlığın açıqlamasında bildirilir.

CENTCOM bildirib ki, zərbələr SEPAH-ın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ hərbi qulluqçularına hücum cəhdlərindən sonra baş verib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər