Menyu

"Mançester Siti" "Çelsi"dən Enzonun transferini açıqlayıb

Operativ Media
"Mançester Siti" "Çelsi"dən Enzonun transferini açıqlayıb

​"Mançester Siti" klubu Londonun "Çelsi" komandasından Argentina millisinin yarımmüdafiəçisi Enso Fernandesin transferini rəsmən reallaşdırıb və 25 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.

​Operativ Media xəbər verir ki, "şəhərlilər"in idman direktoru Uqo Viana klubun hər zaman dünya səviyyəli oyunçularla güclənməyə çalışdığını, Enso Fernandesin isə texniki cəhətdən istedadlı, zəhmətkeş, mübariz və məhsuldar olmaqla bu tələblərə tam uyğun gəldiyini vurğulayıb. Onun sözlərinə görə, argentinalı oyunçu həm topa sahib olmağa əsaslanan taktiki sxemlərdə, həm də əks-hücumlarda eyni dərəcədə səmərəli çıxış etmək bacarığına malikdir.

​Enso Fernandes 2023-cü ildən etibarən "Çelsi"nin formasını geyinib. O, bu müddət ərzində bütün turnirlərdə London təmsilçisinin heyətində 31 matçda meydana çıxaraq 31 qol vurub və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, futbolçu paytaxt klubunun heyətində 2024/2025-ci illər mövsümündə Konfrans Liqasının və 2025-ci il Klublararası Dünya Çempionatının qalibi olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər