Menyu

Timber "Marsel"i "Kristal Pelas"a dəyişdi

Operativ Media
Timber "Marsel"i "Kristal Pelas"a dəyişdi

Niderland millisinin yarımmüdafiəçisi Kvinten Timber “Marsel”dən “Kristal Pelas”a keçib.

Operativ Media xəbər verir ki, klubların rəsmi saytlarında yayılan məlumata görə, 25 yaşlı niderlandlı ilə 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

“Kristal Pelas”ın sədri Stiv Periş Timberin klub və milli komandada yüksək səviyyədə böyük təcrübəyə malik olduğunu bildirib. O, futbolçunun liderlik keyfiyyətləri, əzmkarlığı və bacarığının İngiltərə Premyer Liqasında özünü göstərəcəyinə əminliyini ifadə edib.

“Transfermarkt” portalı oyunçunun bazar dəyərini 25 milyon avro qiymətləndirir.

Timber 2026-cı ilin yanvarından “Marsel”də çıxış edib. O, Fransa klubuna “Feyenoord”dan keçib və burada bütün turnirlərdə 17 matça çıxaraq məhsuldar fəaliyyətlə yadda qalmayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər