Menyu

"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib - FƏRMAN

Operativ Media
"Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib - FƏRMAN

Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları"nı təsdiqləyib.

Operativ Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Qaydalar "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunun 5.3-cü maddəsinə uyğun olaraq hazırlanıb və daşınmaz əmlakın dövlət kadastrı sahəsində yaranan münasibətləri tənzimləyir.

Daşınmaz əmlakın kadastr uçotuna alınması daşınmaz əmlakın kəmiyyət və keyfiyyət göstəricilərinin dövlət kadastrına daxil edilməsi ilə onun mövcudluğunun dövlət tərəfindən müəyyən edilməsidir.

Dövlət kadastrı Azərbaycan Respublikasının mülkiyyətidir. Onu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi vasitəsilə aparır.

Daşınmaz əmlaka dair sahəvi kadastrlarda saxlanılan məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə dövlət kadastrına inteqrasiya edilir.

Dövlət kadastrı Qanunun 4-cü maddəsində təsbit edilmiş prinsiplər əsasında tərtib edilir və aparılır.

Qaydalarda istifadə olunan anlayışlar Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulan mənaları ifadə edir.

İlham Əliyev həmçinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatların tərkibini təsdiq edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər