ADY saxta biletlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə hərəkət edən qatarlara saxta bilet satışı halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Qurumdan Operativ Media-ya verilən məlumata görə, son günlər bəzi turizm şirkətləri və sosial şəbəkə hesablarının mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim etməsi ilə bağlı ADY-yə çoxsaylı müraciətlər daxil olub.
Bildirilib ki, baş verən qanunsuzluqlarla bağlı hüquq-mühafizə orqanlarına müvafiq qaydada müraciət olunub. Hazırda araşdırma aparılır, sui-istifadə hallarının qarşısı alınır, saxtakarlıq edən şəxslərin və səhifələrin müəyyən edilərək hüquqi müstəvidə cəzalandırılması təmin edilir.
ADY bir daha bəyan edib ki, bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və heç kimə bilet kvotası ayırmır.
Sərnişinlərə biletləri yalnız rəsmi mənbələrdən əldə etmək tövsiyə olunur.


dəqiqələr içində saytın olsun.