Tramp ABŞ hökumətinin maliyyələşdirilməsini 11 dekabra qədər uzatdı
ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsini 11 dekabr 2026-cı ilədək uzadan qanun layihəsini imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Sənədə əsasən, federal qurumların maliyyələşdirilməsi 11 dekabr 2026-cı ilədək təmin ediləcək. Qanun layihəsi bundan əvvəl ABŞ Konqresinin hər iki palatasında təsdiqlənib.
Sənədlə maliyyə ilinin sentyabrın 30-da başa çatmasından sonra hökumətin fəaliyyətinin hazırkı səviyyədə maliyyələşdirilməsi nəzərdə tutulur.
"Associated Press"in məlumatına görə, bu tədbirlər noyabrda Konqresə keçiriləcək aralıq seçkiləri ərəfəsində və seçkilər zamanı federal hökumətin fəaliyyətinin dayandırılmasının qarşısını almağa yönəlib.
Qeyd edək ki, son bir il ərzində ABŞ federal hökuməti maliyyələşmənin dayandırıldığı iki misli görünməmiş uzunmüddətli dövrlə üzləşib.
dəqiqələr içində saytın olsun.