Menyu

"Trabzonspor" yeni hücumçu ilə gücləndi

Operativ Media
"Trabzonspor" yeni hücumçu ilə gücləndi

Türkiyənin “Trabzonspor” klubu Danimarkanın “Midtyulland” komandasından hücumçu Frankulino Qludu Junu transfer edib.

Operativ Media xəbər verir ki, Türkiyə təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
22 yaşlı afrikalı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Sazişdə müqavilənin daha bir mövsüm uzadılması ilə bağlı seçim bəndi də yer alıb.
NTV-nin məlumatına görə, transferin məbləği bonuslar nəzərə alınmadan 17 milyon avro təşkil edib. “Trabzonspor” bu vəsaiti 5 il ərzində 8 ödənişlə “Midtyulland”a ödəyəcək.
Danimarka klubu, həmçinin futbolçunun növbəti satışından əldə olunacaq məbləğin 15 faizini alacaq.
Frankulinonun illik maaşı 2 milyon 125 min avro olacaq.
O, bu mövsüm bütün turnirlərdə 10 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər