Menyu

"Sabah"ın prezidenti: “Çempionlar Liqasına yol analitikadan keçib”

Operativ Media
"Sabah"ın prezidenti: “Çempionlar Liqasına yol analitikadan keçib”

"UEFA Çempionlar Liqasına gedən yol böyük xərclərdən deyil, analitikadan keçib".

Operativ Media xəbər verir ki, bunu "Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Euronews"a müsahibəsində bildirib.

Funksioner qitənin bir nömrəli klub turnirinin əsas mərhələsinə vəsiqə qazanmalarından danışarkən maliyyə imkanlarının Avropanın köklü klubları ilə müqayisədə məhdud olduğunu vurğulayıb:

"Biz maliyyə baxımından bir çox köklü Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə də öz rəqabət üstünlüklərimizi tapmalı idik.

Biz "Moneyball" fəlsəfəsindən ilhamlandıq. Bu fəlsəfə göstərdi ki, məlumatlardan və futbolçu seçimindən ağıllı istifadə klubun maliyyə imkanlarının göstərdiyindən daha böyük səviyyədə rəqabət aparmasına kömək edə bilər.

Lakin bizim üçün insan amili hər zaman birinci yerdədir. Futbolçular aktiv və ya statistika olmamışdan əvvəl insandırlar. Biz oyunçulara əla məşq və yaşayış şəraiti təmin etməyə, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq".

"Sabah"ın bütün heyətinin ümumi bazar dəyərinin təxminən 16,65 milyon avro olduğu təxmin edilir. Bu rəqəm "Barselona"nın 1,1 milyard avroluq, "Mançester Yunayted"in isə 900 milyon avroluq göstəricisindən olduqca uzaqdır.

Adıgözəlov buna baxmayaraq, klubda böyük hədəflərdən çəkinmədiklərini və hər şeydən əvvəl zəhmətə inandıqlarını bildirib:

"Stadionda oturub "Barselona"nın və ya "Borussiya Dortmund"un "Sabah"a qarşı oynamasına baxan gənc oğlan və ya qız futbol haqqında fərqli arzular qurmağa başlaya bilər. Əgər bu nailiyyət daha çox uşağın futbola gəlməsinə, daha çox ailənin stadionlara üz tutmasına və Azərbaycan futboluna inamın artmasına səbəb olarsa, onda onun təsiri "Sabah"ın özündən qat-qat böyük olacaq".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər