"İnter Mayami" braziliyalı yarımmüdafiəçi transfer etdi
“İnter Mayami” braziliyalı yarımmüdafiəçi Rikelme Filipini 2030-cu il iyunun 30-dək müqavilə ilə heyətinə qatıb.
Operativ Media xəbər verir ki, 19 yaşlı futbolçunun müqaviləsində MLS-də daha bir mövsüm uzadılma şərti də yer alıb. Rikelme Filipinin əvvəlki klubu “Palmeyras” olub. O, 2025-ci ildən komandanın əsas heyətində çıxış edib.
Futbolçu 2026-cı il mövsümündə “Palmeyras”ın heyətində 9 oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.
Rikelme “İnter Mayami”yə “Palmeyras”ın 20 yaşadək futbolçulardan ibarət komandasında keçirdiyi 80 matçdan sonra keçib. O, həmin qarşılaşmalarda 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
“İnter Mayami” braziliyalının idman hüquqlarının 60 faizini 3,95 milyon avroya əldə edib. ABŞ klubu əlavə 30 faizi 1,88 milyon avroya almaq hüququna da malikdir.
“Transfermarkt” portalı futbolçunun transfer dəyərini 1 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.