Menyu

Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu oldu

Operativ Media
Məhəmməd Musayev gənclər arasında ikiqat Avropa çempionu oldu
1 dəq oxu

Azərbaycanın daha bir cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb.

Operativ Media xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Musayev həlledici mərhələdə sürbiyalı Marko Yorqiçə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o ikiqat Avropa çempionu tituluna yiyələnib.

Daha əvvəl, Ayxan Mirzəzadə də qızıl medal qazanmışdı.

Qeyd edək ki, Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) ilə təmsil olunur. 

Əlaqəli Xəbərlər