Operativ Media 6 yaşını qeyd edir
Azərbaycanın informasiya məkanında fəaliyyət göstərən Operativ Media-nın təsis edilməsindən 6 il ötür.
2020-ci il sentyabrın 4-də fəaliyyətə başlayan Operativ Media xəbər portalı ötən müddət ərzində operativ, dəqiq və etibarlı informasiya prinsiplərini əsas tutaraq ölkənin aparıcı rəqəmsal media platformalarından birinə çevrilib.
Fəaliyyətə başladığı gündən etibarən əsas məqsədi cəmiyyətin informasiya ehtiyacını operativ şəkildə qarşılamaq, ölkədə və dünyada baş verən mühüm hadisələri geniş auditoriyaya çatdırmaq olan Operativ Media bu illər ərzində öz auditoriyasını və fəaliyyət istiqamətlərini əhəmiyyətli dərəcədə genişləndirib.
Operativ Media-nın fəaliyyətində dövlət qurumları ilə sıx əməkdaşlıq xüsusi yer tutur.
Müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları və digər özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, informasiya dəstəyi və media fəaliyyəti platformanın ölkənin informasiya mühitində etibarlı tərəfdaş kimi mövqeyinin formalaşmasına töhfə verib.
Operativ Media-nın fəaliyyəti mütəmadi olaraq səmərəli əməkdaşlığa görə bir sıra qurumlar tərəfindən yüksək qiymət verilib.
Operativ Media siyasi, iqtisadi, sosial, ictimai, mədəni, idman və digər sahələr üzrə xəbərləri operativ şəkildə işıqlandırır, ölkə gündəminin formalaşmasında və mühüm ictimai məsələlərin diqqətə çatdırılmasında fəal iştirak edir.
Media platforması rəqəmsal inkişafı da fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Operativ Media bu gün müxtəlif sosial media platformalarında geniş auditoriyaya malikdir.
X hesabının ingilis dilində fəaliyyətə başlaması isə ölkə gündəminin və baş verən mühüm hadisələrin daha geniş, beynəlxalq auditoriyaya çatdırılması istiqamətində atılan addımlardan biridir.
Operativ Media xəbər portalı ona məxsus bütün sosial şəbəkə səhifələri ilə birlikdə bundan sonra da operativlik, dəqiqlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiq qalaraq fəaliyyətini inkişaf etdirməyi, yeni media layihələri həyata keçirməyi və Azərbaycanın informasiya məkanında öz mövqeyini daha da gücləndirməyi qarşısına məqsəd qoyur.
6 il ərzində Operativ Media-ya göstərilən etimada görə oxucularımıza, dövlət qurumlarına, tərəfdaşlarımıza, həmkarlarımıza və bizimlə əməkdaşlıq edən hər kəsə təşəkkür edirik.
dəqiqələr içində saytın olsun.